Bakı müharibəyə başlamaq üçün Ankaradan siqnal gözləyir – İddia
Bizi izləyin

Dünya

Bakı müharibəyə başlamaq üçün Ankaradan siqnal gözləyir – İddia

Bakı müharibəyə başlamaq üçün Ankaradan siqnal gözləyir – İddia

Rəsmi İrəvan ilk dəfə Ermənistan-Azərbaycan təmas xəttində baş verən hadisələrdə Türkiyənin iştirakından danışıb.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, müdafiə naziri Seyran Ohanyan Naxçıvandakı Azərbaycan ordusunda kiçik türk bölməsinin olması barədə məlumat aldıqlarını deyib.

“Göründüyü kimi, Ermənistan rəhbərliyi Naxçıvanla sərhəddəki son hadisədən narahat olub. Məntiq düşünməyə əsas verir ki, erməni rəhbərliyinin növbəti addımı beynəlxalq strukturlara müraciət etmək olacaq. İrəvan isə sadəcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməyə məcburdur. Hansı ki, üzvlərinin bir hissəsi bu günlərdə Bodrumda pantürkizm şənliyində kef edirdi. Yeri gəlmişkən, Naxçıvanla sərhəddə iki erməni məhz bu sammit zamanı vuruldu”, – Erməni eksperti Akop Badalyan yazır.

Söhbət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan və Qırğızıstandan gedir. Ermənilər hesab edir ki, Bodrumda keçirilən tədbir rəsmi İrəvanın daim güvəndiyi KTMT-nin əslində olmadığını göstərdi.

Erməni eksperti qeyd edir ki, regional proseslər bir çox halda Türkiyədən asılıdır. O, Ankaranın Azərbaycana siqnal verəcəyi halda müharibə başlana biləcəyini düşünür.

A.Badalyanın fikirincə, Moskva Türkiyə və Azərbaycanı müharibəyə başlamağa inandırmaq istəyir və bunun əlamətləri də artıq görünür.

Ömər Dağl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm