Barak Obama: “Konqresin səlahiyyətinə ehtiyacım yoxdur”
Bizi izləyin

Dünya

Barak Obama: “Konqresin səlahiyyətinə ehtiyacım yoxdur”

Barak Obama: “Konqresin səlahiyyətinə ehtiyacım yoxdur”

ABŞ prezidenti Barak Obama İraqda baş verən hadisələrlə bağlı Ağ Evdə Konqres liderləri ilə görüşüb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, prezident “İraq İşlam Şam Dövləti”nə (İŞİD) qarşı həyata keçirilə biləcək əməliyyatlarda Konqresi məlumatlandıracağını, ancaq səlahiyyət almağa ehtiyacının olmadığını söyləyib.

Xatırladaq ki, İraq hökuməti İŞİD-ə qarşı mübarizədə ABŞ-dan havadan dəstək istəyib. Obama Vaşinqtonun İraqa hərbçilərini göndərməyə razılaşmadığını bildirib. Ancaq o vurğulayıb ki, ABŞ Bağdada hərbi yardımın digər formalarını nəzərdən keçirir.

Son məlumatlara görə, ABŞ-ın “F-18” qırıcıları İraq üzərində uçuşlara başlayıb.

Qırıcıların ABŞ-ın Fars körfəzindəki “Corc Buş” təyyarədaşıyan gəminin göyərtəsindən qalxdığı bildirilir. Bildirilir ki, ABŞ qırıcılarının kəşfiyyat missiyası prezident Barak Obamanın İraqa “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizədə yardım sözü verdikdən sonra başlayıb.

Barak Obama administrasiyasının həm idarə olunan, həm də pilotsuz təyyarələrin uçuşuna icazə verdiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm