Əsəd yenə qan qusdu – 47 ölü
Bizi izləyin

Dünya

Əsəd yenə qan qusdu – 47 ölü

Suriyada Əsədin ordusu havadan və qurudan ağır silahlarla təşkil etdiyi əməliyyatlarda 47 nəfərin öldüyü bildirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya İnsan Hüquqları Təşkilatının (SNHR) açıqlamasına görə, Əsəd rejimi müxaliflərin nəzarətində olan bölgələrə hücumlar təşkil edib. Havada və qurudan olunan hücumlar nəticəsində İdlibdə 18, paytaxt Şam ətrafında 10, Xümsdə 6, Dərada 5, Hələbdə 4, Hamada 2, Dəyruz Zorda 1 və Tartusda 1 nəfər olmaqla, 47 nəfərin öldüyü qeyd edilib.

Həmçinin Suriyanın rəsmi xəbər agentliyi SANA hüquq-mühafizə orqanlarının müxtəlif bölgələrdə təşkil etdiyi əməliyyatlarda çoxlu sayda silahlı şəxsin zərərsizləşdirdiyini açıqlayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm