• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İsrailli ekspert: “Azərbaycanın erməni işğalçılarına qarşı zərbəsi sərt və güclü olacaq"

  • Dünya
  • 4 Avqust 2014 16:44
  • 739 Baxış
İsrailli ekspert: “Azərbaycanın erməni işğalçılarına qarşı zərbəsi  sərt və güclü olacaq"

İsrailli ekspert: “Azərbaycanın erməni işğalçılarına qarşı zərbəsi sərt və güclü olacaq"

“Dağlıq Qarabağ münaqişəsinin həllində nəzərəçarpacaq irəliləyişləri bu yaxınlarda gözləmək əbəsdir”.

Publika.az-a açıqlamasında bu sözləri beynəlxalq münasibətlər üzrə İsrail ekperti Arye Qut Azərbaycan-Ermənistan təmas xəttindəki son vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, Ermənistanın münaqişənin həllində nümayiş etdirdiyi destruktiv mövqeyi Azərbaycanı digər sərt vasitələrə və pressinqə əl atmağa vadar edir: “Azərbaycan diplomatiyasının danışıqlar prosesində hələ də iştirak etməsi hələ də son ümidin qalmasına şahidlik edir. Lakin ümidlərin tükənməsi hər zaman sonsuzluğa malik olur. Təmas xəttində baş verən son hadisələr bir daha təsdiq edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarda yerləşən işğalçı Ermənistan qüvvələrinə endirəcəyi zərbə sərt və güclü olacaq. Düşünürəm ki, Ermənistan ciddi, hətta çox ciddi itkilər verib, lakin həmişə olduğu kimi, ermənilər müvafiq məlumatı gizlədirlər”.

Ermənistanın törətdiyi təxribatların Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə təsiri məsələsinə toxunan Arye Qut müvafiq prosesin gözlər önündə tükəndiyini qeyd edib: “Azərbaycan və Ermənistanın sülh anlaşmasının əsasını təşkil edəcək həll prinsiplərini yekun olaraq razılaşdıracaqlarına inanmaq çətindir. Rəsmi Bakı Qarabağ münaqişəsini haqlı olaraq Ermənistanın ərazi iddiaları kontekstində baxır, bir də təkid edir ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq kontekstində, BMT-nin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri və "dövlətin ərazi bütövlüyü" beynəlxalq prinsipin çərçivəsində baxılmalıdır”.

İsrailli ekspert vurğulayıb ki, Ermənistan rəhbərləri bugünkü Azərbaycanın XX əsrin 90 illərin Azərbaycanı olmadığını unutmamalıdır: “Təəssüf edirəm ki, bir çox Ermənistan rəhbərləri hələ də öz erməni yuxularında yaşamağa davam edirlər. Bu günki Ermənistan milyon yarım əhalisi ilə bədbəxt və yoxsul ölkədir, son illər sərt və ağır geosiyasi təcrid vəziyyətindədir. Rəsmi Yerevan tamamilə Rusiyanın xarici siyasət ambisiyalarından aslıdır. Müstəqil Ermənistanı bu gün aclıqdan zəngin erməni diasporu və ABŞ Konqresinin maliyyə yardımı xilas edir. Digər tərəfdən Azərbaycan bu gün Cənubi Qafqazda olan geosiyasi və geoiqtisadı proseslərin şəksiz lideridir. Azərbaycan xarici siyasətdə müstəqil davranışı ilə sübut edib ki, dünyanın heç bir ölkəsi ona diqtə edə bilməz. Azərbaycan regionun lider dövləti kimi özünü tam təsdiq edib. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyil. Azərbaycanın indiki geosiyasi və hərbi potensialı elə yüksək keyfiyyətli səviyyəyə çatıb, ki Azərbaycan Ermənistana lazım olan sərt və güclü cavab verməyə hazırdır və bu cavab nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyə hazırdır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR