Peşmərgələr İŞİD-ə qarşı hücuma keçir
Bizi izləyin

Dünya

Peşmərgələr İŞİD-ə qarşı hücuma keçir

Şimali İraq kürd muxtariyyətinin peşmərgə hərbi birlikləri “İraq və Şam İslam Dövləti”(İŞİD) terror təşkilatına qarşı hücuma hazırlaşır.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə adını açıqlamayan bir kürd səlahiyyətli bildirib.

Məlumata görə, İŞİD-in Mosul vilayətinin strateji mahalı sayılan Sincarı ələ keçirməsindən sonra İraq rəhbərliyi də dəstək olaraq terror təşkilatına qarşı hava əməliyyatına başlayacaq. İraqın baş naziri Nuri Əl-Maliki Hərbi-Hava Qüvvələrinə İŞİD-ə qarşı hücum edəcək peşmərgə qüvvələrinə havadan dəstək verməyi əmr edib.
Kürd səlahiyyətli hücum planları çərçivəsində xeyli sayda insanın səfərliyə alındığını deyib.

Regional kürd rəhbərliyi İraq ordusunun dəstəyini qəbul edib-etməyəcəyi barədə hələ açıqlama verməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm