Rusiya ordusu Luqanskda döyüşlərə başladı
Bizi izləyin

Dünya

Rusiya ordusu Luqanskda döyüşlərə başladı

Ukrayna ordusu Luqansk şəhəri yaxınlığında Rusiyanın nizami ordusu ilə döyüşə daxil olub.

Publika.az-ın kavkazcenter.com xəbər saytına istinadən verdiyi məlumata görə, ən müasir zirehli texnikanın köməyi ilə fərqləndirici nişanları olmayan təxminən 1200 rus hərbçisi Ukraynaya daxil olaraq Luqanska yaxınlaşıb.

Saytın yazdığına görə, rus hərbi qruplaşmasının istifadəsində artilleriya və zenit-raket sistemləri də var. Antiterror güclərinin Luqansk qruplaşmasının rəhbəri İqor Voronçenko da təsdiqləyib ki, Luqanskda Rusiya hərbi texnikasının karvanı müşahidə olunub. O, zirehli texnika karvanında 150-yə qədər tank və “Qrad”ların olduğunu deyib.

Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk da “facebook” səhifəsində yazdığı şərhində Rusiyadan gələn ağır hərbi texnikanın Luqansk vilayətinə daxil olması barədə informasiyanı təsdiqləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm