ABŞ hərbi vertolyotu qəzaya uğradı
Bizi izləyin

Dünya

ABŞ hərbi vertolyotu qəzaya uğradı

Amerika Bİrləşmiş Ştatlarına (ABŞ) məxsus hərbi vertolyot Ədən körfəzində qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, bazar ertəsi ABŞ Hərbi Hava Qüvvələrinə aid “CH-53E” markalı hərbi vertolyot Ədən körfəzində qəzaya uğrayıb. Bu barədə Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələri mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, vertolyotun göyərtəsində 25 əsgər var idi. Bir neçə hərbçi yüngül yaralanıb, zərər çəkən yoxdur.

Vertolyot “Mesa Verde” desant gəmisinə enməyə cəhd edərkən qəzaya düşüb. Qəzadan dərhal sonra zərərçəkmişlərə ilk tibbi yardım göstərilib.

Qeyd edək ki, hadisənin hansısa bir düşmən fəaliyyətinin nəticəsi olmadığı da məlumatda vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm