Suriya ordusu Dumanı vurdu: 20 ölü, 170 yaralı
Bizi izləyin

Dünya

Suriya ordusu Dumanı vurdu: 20 ölü, 170 yaralı

Suriyada çox sayda insanın ölümü ilə nəticələnən hava hücumu həyata keçirilib.

ANS PRESS-in məlumatına görə, Dəməşq vilayətindən 10 km şimal-şərqdə yerləşən Duma şəhərinə Suriya ordusunun hava hücumları olub.

Hücumlar nəticəsində, çox sayda insan itkisi qeydə alınıb. Suriya Ümumi İnqilab Komissiyası açıqlamasında bildirib ki, Dumadakı yaşayış məntəqələrinə edilən hava hücumlarında 20 nəfər dünyasını dəyişib, 170-dən çox yaralı var. Yaralılar arasında bir çoxunun vəziyyətinin çox ciddi olduğu vurğulanır.

Qeyd edək ki, Duma şəhəri Suriyadakı müxaliflərin nəzarətində olan bir ərazi hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm