Terror təşkilatına qarşı əməliyyatlar davam edir – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Terror təşkilatına qarşı əməliyyatlar davam edir – VİDEO/FOTOLAR

İstanbulda DHKP-C terror təşkilatına qarşı təşkil edilən əməliyyatda ələ keçirilən silahlardan biri ilə Qazi məhəlləsində iki nəfərin öldürüldüyü, iki nəfərin də yaralandığı ortaya çıxıb.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, Terrorla Mübarizə İdarəsinin əməkdaşlarının sentyabrın 12-də Qazi məhəlləsində eyni vaxtda həyata keçirdiyi əməliyyatlar nəticəsində 15 nəfər həbs olunub. Əməliyyatın davamı olaraq sentyabrın 13-də Maltəpədə (İstanbul) təşkil edilən ikinci əməliyyatda isə bir nəfər yaxalanıb.

Silahla yaralama, yağmalama, xalq üzərində basqı quraraq xərac toplamaq, təzyiq və təhdidlə təşkilata yardım etmək, silah və sursatı gizlədərək yardım etmək ittihamları ilə mühakimə olunan 16 nəfərdən 15-nin cinayət işi Qaziosmanpaşa Ədliyyəsinə, biri də Qartaldakı Anadolu Ədalət Sarayına göndərilib. Anadolu Ədliyyəsində hakim qarşısına çıxarılan şəxs həbs edilib.

Qaziosmanpaşa Ədliyyəsində prokuror sorğusu bitən 15 nəfərdən 7-si azad edilib. Prokurorluq 7 nəfərdən 3-ü haqqında ədliyyə nəzarəti tələb edib. Digər səkkiz nəfər isə həbs olunmaq tələbi ilə məhkəməyə göndərilib. Növbətçi hakim Ulaş Mengüoğlu təxminən iki saat davam edən ifadədən sonra səkkiz nəfəri də azad edib.

Ələ keçirilən silahlardan bir tapançadan sentyabrın 8-də Qazi Məhəlləsində baş verən toqquşmada 33 yaşlı Yoldaş Aydoğan və 32 yaşlı Gökmən Kəskinin öldürülməsi, Ərdal Başçı və Üfüq Güləçin isə yaralanmasında istifadə edildiyi ballistik ekspertizadan sonra ortaya çıxıb.

Xatırladaq ki, DHKP-C terror təşkilatı 1994-cü il martın 30-da Dursun Qaradaş tərəfindən yaradılıb. Məqsədi mövcud konstitusional sistemi silah gücünə devirərək, yerinə marksist-leninist dəyərlərə əsaslanan bir sistem gətirməkdir. Türkiyə, Avropa və bəzi Orta Şərq ölkələrində aktivdir. ABŞ, AB, İngiltərə və Türkiyənin terrorçu təşkilatları siyahısındadır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm