Dünya
Daha bir ölkədə eynicinslilərin nikahı qanuniləşdirildi
Ötən gün Şotlandiya parlamenti eynicinslilərin nikahlarına icazə
verən qanun qəbul etdi.
Anspress-in BBC-yə istinadən verdiyi məlumata görə, regionda ilk
eynicinslilərin toyu oktyabr ayında keçirilə bilər.
"Qanun 105 səs çoxluğu ilə qəbul edilib. Qanun əleyhinə isə
parlamentin 18 üzvü səs verib. Qərarı şotland hökuməti alqışlayıb.
Amma 2 böyük Şotlandiya kilsəsi qanunun əleyhinə qəti etiraz edib”,
- deyə televiziya məlumat verir.
Qanunda qeyd edilir ki, dini təşkilatlar homoseksualların nikah
mərasimini aparmağa məcbur edilə bilməz.
Səsvermə zamanı homoseksualların hüquqlarını qoruyan təşkilatlar
parlament divarları qarşısında mitinq keçirib.
Homoseksualların nikahına icazə verən qanun İngiltərə və Uelsdə
də qəbul edilib. Sadəcə Şimali İrlandiyada homoseksualların nikahı
qanuni səviyyədə qəbul edilmir.
Qeyd edək ki, eynicinsli nikahlara icazə verən qanun dünyanın 16 ölkəsində qəbul edilib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı