
Xorasan qruplaşmasının lideri Muhsin əl-Fadli öldürülüb.
Axar.az RİA-Novosti-yə istinadən xəbər verir ki, bu açıqlamanı Əl-Qaidə terror təşkilatı yayıb.
Məlumatda əl-Fadlinin sentyabrın 23-də ABŞ təyyarəçilərinin bombardmanı zamanı həlak olduğu deyilib.
Qeyd edək ki, bundan öncə də "Xorasan" liderinin öldürüldüyü haqqında xəbər yayılmışdı.