Qapılara “ələvilərə ölüm” yazdılar: İstanbulda terror həyəcanı
Bizi izləyin

Dünya

Qapılara “ələvilərə ölüm” yazdılar: İstanbulda terror həyəcanı

Türkiyə həyəcan içindədir. Ölkənin Tunceli şəhərində vahimə hökm sürür. Tuncelinin Çəkməkənd Sarıqazi məhəlləsində yaşayan ələvilərin evlərinə “Ələvilərə ölüm, yaşasın İŞİD” şüarı yazılıb.

Axar.az xəbər verir ki, bu məsələdən narahat olan Xalq Partiyasının millət vəkili Hüseyn Aygün ələviləri təhdid edən şüarların evlərə vurulması haqda medianı xəbərdar edib.

“Üç gündən çoxdur bu bölgədə evlərin qapılarına “ələvilərə ölüm”, “kürdlərə ölüm”, “yaşasın İŞİD” şüarları yazılır. Bunu görən şahidlər var və araşdırma başlanıb. Hələlik saxlanılan yoxdur. Ancaq insanlarımıza yönəlik hər hansı hücum təşkil edən İŞİD-i bəsləyən, onu bu günə gətirib çıxaran AKP iqtidarı cavab verəcək”, - deyə H.Aygün vurğulayıb.

***

Təkcə Tunceli deyil, Türkiyənin kürdlər yaşayan şəhərlərində, o cümlədən mərkəzi şəhərlərdə İŞİD-in təxribatları gözlənilir. Bu iğtişaşlarda bombalı maşınlardan istifadə ediləcəyi söylənilir. Türkiyəni həyəcanlandıran bu xəbərlər orduya da təsir edib. O baxımdan İstanbulda bu həftə sonu əsgər izni ləğv edilib.
Eyni zamanda, ticarət mərkəzlərində və metroda terror ola biləcəyi ehtimalı ilə bağlı mühafizə gücləndirilib. Oktyabrın 12-si, yəni bu səhəri qardaş ölkə yenə gərgin və narahatlıq içində açıb.

Fransanın Xarici İşlər Nazirliyi baş verənlərə görə İstanbuldakı vətəndaşlarına çağırış edib: “Bu həftə Taksim və digər etirazlar gözlənilən yerlərə getməyin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm