İsrail 25 milyon dollar ödəməyi qəbul etdi
Bizi izləyin

Dünya

İsrail 25 milyon dollar ödəməyi qəbul etdi

İsrail ilə “Mavi Mərmərə” razılaşması artıq Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın masasındadır.Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrail “Mavi Mərmərə” gəmisinə hücum səbəbi ilə 25 milyon dollar təzminat ödəməyi qəbul e

İsrail ilə “Mavi Mərmərə” razılaşması artıq Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın masasındadır.Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrail “Mavi Mərmərə” gəmisinə hücum səbəbi ilə 25 milyon dollar təzminat ödəməyi qəbul edir.

Türkiyə ilə İsrail arasında təxirə salınan əlaqələrin normallaşması üçün Türkiyənin ikinci şərti də yerinə yetirilir. İsrail bundan öncə isə hadisəyə görə, Türkiyədən üzr istəmişdi. Baş nazirlik mənbələrindən verilən məlumata görə, İsrail daha əvvəl Türkiyə tərəfindən aşağı hesab olunan təzminat məbləğini Türkiyənin istədiyi səviyyəyə qaldırmağı qəbul edib. Təl-Əviv son olaraq 25 milyon dollar təzminat ödəyəcəyini qəbul edib.

Ərdoğan tərəfindən imzalanarsa, razılaşma əvvəl Nazirlər Kabinetinin, daha sonra Türkiyə Böyük Millət Məclisinin gündəminə gələcək. İsrail ilə razılaşma qüvvəyə mindikdən sonra bir fond qurulacaq və pul İsrail hökuməti tərəfindən bu fonda köçürüləcək. “Mavi Mərmərə”də yaxınlarını itirənlərin ailələri və yaralananlar təzminatı bu fonddan ala biləcək. Məlumata görə, İsrail ilə təzminat mövzusundakı razılaşma mətnində üzr yer almayacaq.

Dünən isə İsrailin “Haaretz” qəzeti razılaşma qarşılığında İsrailin də tələb etdiklərinin olduğunu bildirib. Belə ki, razılaşma Türkiyə parlamentində təsdiqlənərsə, İsrail əsgərlərinə qarşı Türkiyənin qaldırdığı iddialar qüvvədən düşəcək, əsgərlərə verilməsi gözlənilən cəzalar ləğv ediləcək.

Yazıda həmçinin qeyd edilir ki, İsrail, iki ölkə arasındakı normallaşmanın simvolik olaraq qalmamasını tələb edir. İsrailin tələbləri arasında iki ölkə səfirlərin yenidən vəzifələrinə qayıtması, yeni bir dialoqun başladılması, dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi də yer alıb. İsrailin bir başqa tələbi isə beynəlxalq arena və mediada alçaldıcı bəyanatların dayandırımasıdır.

“Haaretz” qəzeti həmçinin Türkiyənin İsraildən 30 milyon dollar təzminat tələb etdiyini, İsrail baş naziri Benyamin Netanyahunun isə 20 milyon dollar təklif etdiyini bildirmişdi. Qəzetin yazdığına görə, baş nazir təzminat məbləğinə daha 3 milyon dollar əlavə edilməsi ilə bağlı nümayəndə qrupana səlahiyyət vermişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm