Kürd millət vəkili: “Öcalan üçün oralar təhlükəsiz deyil”
Bizi izləyin

Dünya

Kürd millət vəkili: “Öcalan üçün oralar təhlükəsiz deyil”

Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Pervin Buldan hazırda İmralı adasında həbsxanada olan PKK terror təşkilatının lideri Abdullah Öcalanın digər həbsxanalara köçürülmə ehtimalını şərh edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, kürd millət vəkili İmralı həbsxanasının A.Öcalan üçün daha etibarlı olduğunu söyləyıb.

“Təhlükəsizlik baxımından bunun çox da doğru olmadığını düşünürük. Digər həbsxanalar Öcalan üçün nə qədər etibarlıdır? Sincan həbsxanasından da, Bursa həbsxanasından da məlumatımız var. Hər iki həbsxana Öcalanın qalması üçün təhlükəlidir”, - deyə P.Buldan deyib.

O həmçinin əlavə edib ki, hər şeydən əvvəl Öcalanın azadlığına qovuşmasını istəyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm