Ərdoğan: “Peşmərgənin sayını 150-yə endirdik”
Bizi izləyin

Dünya

Ərdoğan: “Peşmərgənin sayını 150-yə endirdik”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Kobaniyə göndəriləcək peşmərgə sayının 200-dən 150-yə endirildiyini bildirib. Prezident həmçinin Azad Suriya Ordusundan (ASO) 1300 döyüşçünün Kobaniyə keçməsi üçün yol xəritəsi də müzakirə edildiyini bildirib.

Publika.az “Ahaber”ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azad Suriya Ordusundan (ASO) 1300 nəfərin Kobaniyə keçməsini PYD-nin qəbul etdiyini bildirib. Ərdoğan ASO-nun Kobaniyə getməsi məsələsində bizim üçün problem yoxdur” deyib.

Ərdoğan, ABŞ prezidenti Barak Obamaya Kobaniyə birinci növbədə ASO, ikinci növbədə peşmərgənin getməsinin lazım olduğunu dediyini bildirib. Ərdoğan həmçinin “az əvvəl aldığım məlumata görə Kobaniyə göndəriləcək peşmərgə sayı 150-yə endirilib” deyə qeyd edib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm