İŞİD ən böyük qaz yatağını ələ keçirdi
Bizi izləyin

Dünya

İŞİD ən böyük qaz yatağını ələ keçirdi

İŞİD Suriyanın ikinci ən böyük qaz yatağını da ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədəd terrorçular öz internet səhifələrində məlumat yayıblar. İŞİD Haccar bölgəsindəki ən böyük qaz yatağını və onu işlədən Mahr şirkıtinin avadanlıqları yanınında Əsəd rejminə məxsus silahları ələ keçirdiyini təsdiq edən görüntülər yayıb.

Üç gün öncə Xums çölündə "Əl-Şair" qaz yatağını da ələ keçirdiyini xatırladan İŞİD bölgəni xilafət torpaqları elan edib. Bundan başqa Əsəd rejiminə məxsus 9 hərbi hissədə ordunun silahlarını ələ keçirdiyini bildirən İŞİD, yeni bölgələri ələ keçirməyi planlaşdırdığını bəyan edib.

Məlumata görə, hazırda İŞİD-lə Suriya hökumət qüvvələri arasında Dəməşq yaxınlığındakı Bab Toma, Ain Terma, Kisvah, o cümlədən Hələbdə, Zehra və Lermon bölgələrində şiddətli döyüşlər gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm