İŞİD “Əl-Qaidə” ilə “ümumi düşmən”ə qarşı mübarizə aparacaq
Bizi izləyin

Dünya

İŞİD “Əl-Qaidə” ilə “ümumi düşmən”ə qarşı mübarizə aparacaq

Noyabrın 2-də İŞİD və “Əl-Qaidə” terror təşkilatlarının nümayəndələri Suriyanın şimalında Atareb yaşayış məntəqəsində gizli görüş keçiriblər.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Associated Press” informasiya agentliyinə Suriya müxalifətindəki adını açıqlamayan mənbə bildirib.

İlkin məlumatlara görə, görüşdə terror qruplaşmalarının yeddi lideri bir-biri ilə düşmənçiliyə son qoymağa və ümumi düşmənlərə qarşı mübarizədə əməkdaşlıq etməyə razılaşıblar. Gecəyarısı başlayan danışıqlar təxminən dörd saat davam edib.

Azad Suriya Ordusunun komandirlərindən olan Abu Musafer agentliyə bildirib ki, belə bir danışıqların olması barədə xəbərdar olsa da, görüşün harada keçirildiyi barədə məlumatlı deyillər. Onun sözlərinə görə, görüşdə “Əl-Nusra” Cəbhəsi ilə “Əl-Qaidə”nin Suriya və Liviyadakı üzvləri iştirak edib.

Bu yaxınlarda Misir ərazisindəki ən təhlükəli terror qruplaşması İŞİD terror təşkilatına qoşulub. “Ənsar Beyt əl-Makdis” (“Qüds partizanları”) qruplaşması İŞİD-ə biət edib.

Daha əvvəl isə Mərkəzi Asiyadan olan döyüşçülər, o cümlədən özbək döyüşçülərin yer aldığı “Katibat al-İmam Buxari” qruplaşması İŞİD-ə sədaqət andı içiblər.

Oktyabr ayında həmçinin “Tehrik-e-Taliban Pakistan” (TTP) təşkilatının altı əhəmiyyətli üzvü İŞİD terror təşkilatına bağlılığını açıqlayıb. Təşkilatın sözçüsü Şahidullah Şahid yazılı açıqlamasında özü və təşkilatın beş əhəmiyyətli komandirinin İŞİD lideri Əbubəkr əl-Bağdadiyə bağlı olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm