Parlamentdə “Kürdüstan” davası – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Parlamentdə “Kürdüstan” davası – SON DƏQİQƏ

Türkiyə Böyük Millət Məclisində 2015-ci il üçün büdcə planlaşdırılması aparılan zaman “Kürdüstan” gərginliyi yaşanıb.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının millət vəkili Məhmət Günal “Türkiyə torpağında Kürdüstan varmı? Uca divandan mühakimə ediləcək nazirdən (Elm sənayesi və texnologiya naziri Fikri İşığı nəzərdə tutub) soruşuram: Türkiyədə Kürdistan varmı?”. Bu zaman Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili Hasip Qaplan “bəli var. Necə lazımdırsa, elə də var. Gün kimi aydındır ki, var” cavabını verib.

Günal da “bura Türkiyə torpağıdır və şəhidlərin qanı ilə sulanıb. Kim “Kürdistan var” deyirsə terrorçudur. Cənab Qaplan, əgər sən də elə deyirsən, sən də terrorçusan” deyə sərt reaksiya göstərib. Bu vaxtı AKP-çi millət vəkilləri araya girib və gərginlik daha da yüksəlib. İclasa fasilə verilib.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm