Keçmiş həyat yoldaşına avtobusda hücum etdi
Bizi izləyin

Dünya

Keçmiş həyat yoldaşına avtobusda hücum etdi

İki uşaq atası bir müddət əvvəl boşandığı həyat yoldaşını avtobusda öldürməyə cəhd edib.

Publika.az-ın məlumatına görə, hadisə Türkiyədə yaşanıb. Həyat yoldaşı işə gedərkən avtobusu saxlayan B.Hakkı avtobusun qarşısını kəsib. Iş yoldaşlarının gözü qarşısında keçmiş həyat yoldaşına 5 dəfə silahdan atəş açıb. O, ətrafdakıların hadisənin təsirində olmasından istifadə edib hadisə yerindən qaçıb.

Qadın xəstəxanaya yerləşdirilib, polis onu yaralayan keçmiş həyat yoldaşını axtarır.

B.Hakkının axtarışı davam edərkən, onun sonuncu dəfə sosial şəbəkədə “Çox axmağam, hər sözə inanıram…Niyə hamı müsəlman deyil ki, …başım” sözlərini yazdığı müəyyən edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm