Avstraliyada 1,3 milyard dollar dəyərində narkotik tutulub
Bizi izləyin

Dünya

Avstraliyada 1,3 milyard dollar dəyərində narkotik tutulub

Avstraliyanın federal polisi ölkə tarixində ən iri - 1,3 milyard dollar həcmində qiymətləndirilən narkotik vasitə müsadirə edib. Ümumilikdə isə bu, ölkə tarixində müsadirə edilmiş ikinci böyük narkotik yükdür.

Publika.az xəbər verir ki, Sidneyin gömrük işçiləri Almaniyadan gələn mebel konteynerini yoxlayarkən orada üç ton narkotik maddə kristalları aşkarlayıblar.

Narkotiklər aşkar olunduqdan sonra şəhər rəhbərliyi yükün göndərilən ünvana çatdırılması göstərişini verib. Aparılan əməliyyat nəticəsində polis 23-34 yaşları arasında olan altı nəfəri həbs edib və onlara meqapolis ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd maddəsi üzrə ittiham irəli sürülüb. Təqsirləri sübuta yetirilərsə, tutulanlar ömürlük həbs cəzasına məhkum edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm