Kadırov qisasa başladı - maskalılar terrorçuların evlərini yandırırlar - FOTOLAR
Bizi izləyin

Dünya

Kadırov qisasa başladı - maskalılar terrorçuların evlərini yandırırlar - FOTOLAR

Dekabrın 3-dən 4-nə keçən gecə Çeçenistan Respublikasının paytaxtı Qroznıda baş verən “üsyan”ın yatırılmasından dərhal sonra cəza əməliyyatına start verilib.

Publika.az-ın mücahidlərə yaxınlığı ilə tanınan saytlara istinadən verdiyi məlumata görə, öldürülən mücahidlərin qohumlarının evləri yandırılıb.

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun sözlərinə görə, dekabrın 3-ü gecəsi polislərə hücum edənlərin heç biri sağ qalmayıb. Amma onların öldürülməsi Kadırovun hirsinin soyuması üçün kifayət etməyib. Dekabrın 7-si gecəsi mücahidlərinin yaxın qohumlarının dördünün evi yandırılıb.

“Deyirlər ki, valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab vermirlər. Mən rəsmən bildirirəm ki, bu dövrün sonu çatıb. Valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab verəcəklər. Əgər Çeçenistan Respublikasında döyüşçü polis əməkdaşı və ya bir başqa insanı qətl edəcəksə, döyüşçünün ailəsi dərhal Çeçenistan sərhədlərindən çıxarılacaq və evləri bünövrəsi ilə birlikdə dağıdılacaq”, - Ramzan Kadırov “Instagram” sosial şəbəkəsində yazıb.

Yandi kəndinin sakinlərin sözlərinə görə, müxtəlif markalı təxminən 14 avtomobil 7 dekabr gecəsi kəndə daxil olub. Avtomobillərdəki üzümaskalılar rus və çeçen dillərində danışırdılar: “Onlar bizim evimizə yaxınlaşanda qonaqlıqda idik. Əvvəlcə biz elə düşündük ki, axtarışa gəliblər. Amma bu insanlar evin üstünə benzin tökməyə başladılar. Bizə evdən nəsə götürməyə və yanğını söndürməyə imkan vermədilər”.

Çeçenistan sakinləri qeyd edir ki, oxşar hadisələr əvvəllər də baş verib. Qroznıda 2008, 2009, 2010 və 2011-ci illərdə törədilən terror aktlarından sonra da Arqunda evlər yandırılıb.

Qroznıdan 45 kilomert cənubda yerləşən Yandi kəndində son terror aktında öldürülən döyüşçülərin yaxın qohumları yaşayır. Ramzan Kadırov hesab edir ki, döyüşçülərin törətdiyi terror aktına görə ilk növbədə onların valideynləri günahkardır: “Valideynlər ona görə günahkardır ki, onlar uşaqlara düzgün tərbiyə verməyiblər, hansısa vasitələrlə onları dayandırmayıblar. Həmçinin qonşuları və qohumları günahkardır ki, qonşu və qohumları terror və vahhabizm yoluna düşüblər. Mən günahsız insanların qanının axıdılmasına icazə verməyəcəyəm və mənə icazə verilən bütün ölçüləri qəbul edəcəyəm!" – Çeçenistan prezidenti vurğulayıb.

Ömər Dağlı





Oxumağa davam et
Reklam
Reklam

Gündəm