Şiə lideri: “Qırx səkkiz saata cihada hazır olun”
Bizi izləyin

Dünya

Şiə lideri: “Qırx səkkiz saata cihada hazır olun”

İraqlı şiə lideri, Sadr hərəkatının lideri Seyid Müktəda əl-Sədr Samirə şəhərində “48 saatda cihada hazır olun” çağırışı edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə İraqın nüfuzlu dini liderlərindən olan əs-Sədrın ofisindən yayılan yazılı açıqlamada deyilir.

Hərəkat liderinin cihaddan məsul köməkçisi Əbu Dua İsavinin imzası olan açıqlamada “Seyid Müktəda əs-Sədr müqəddəs Samirə şəhərində terrorçular üzündən yaranan təhlükəli vəziyyəti nəzərə alaraq “Seraya El İslam” üzvlərini 48 saat ərzində hazırlıqları tamamlayaraq cihad təlimatını gözləməsini istəyib” deyilir.

Qeyd edək ki, İŞİD terror qruplaşması son günlərdə Samirə şəhərinin yaxınlarında hücumlarını artıraraq ƏI-Mutasam mahalını ələ keçirib. İŞİD şiələrin iki böyük imamının məzarı olduğu şəhər üçün böyük təhlükə təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm