Türkiyədən İrana sirli qızıl satışı
Bizi izləyin

Dünya

Türkiyədən İrana sirli qızıl satışı

Publika.Az-ın məlumatına görə, aprel ayında Türkiyənin İrana satdığı qızıl ötən ilə nisbətən 4 dəfə artıb

Məlumata görə, Türkiyə aprel ayında 1.47 milyard dollarlıq ən böyük xarici ticarəti İranla aparıb. Ancaq bu ixracatın böyük qismini 1.2 milyard dollarla qızıl satışı təşkil edib.

Ötən il İrana satılan qızılın miqdarı təxminən 300 kiloqram olduğu halda 2012-ci ilin mart ayında bu rəqəm 11 tonu keçib. Aprel ayında isə bu rəqəm rekord həddə çatıb- 26 ton.

İranın qızıl idxalındakı bu artımın bir neçə səbəbi var. Ölkədə artan siyasi gərginliklə bağlı qızıla təhlükəsiz sərmayə vasitəsi kimi tələbatın artması, İranın iqtisadi sanksiya səbəbindən digər ölkələrlə dollar əvəzinə qızılla alver etməsi və s.

Digər tərəfdən ABŞ-ın İran neftinə qadağa qoymaq qərarı verməsindən sonra, ölkədə aprel ayında baş verən devalvasiya və dolların 60 faizdən çox bahalaşması qızıla tələbatı artırıb. İran vətəndaşları əllərindəki pulları qorumaq üçün qızıla çevirmək niyyətindədirlər.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm