Almaniya: “Ukraynanın yeni şansı yaranıb”
Bizi izləyin

Dünya

Almaniya: “Ukraynanın yeni şansı yaranıb”

2015-ci ildə Ukraynadakı böhranı həll etmək üçün yeni şans meydana gəlib.

Axar.az xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Frans Valter Ştaynmayer söyləyib.

O, yeni ildə Rusiyanın maliyyə və iqtisadi böhranının daha da pisləşəcəyini bildirib:

“Yeni ildə biz Ukrayna böhranının həllində yeni pilləyə qalxmaq üçün şans əldə edəcəyik. Əsas humanitar öhdəlik Ukraynanın şərqindəki insanlara qışı başa vurmaqdır. Bununla yanaşı, Rusiyanın iqtisadi və maliyyə vəziyyətinin daha da pisləşəcəyi barədə ciddi narahatlıq var. Bunun da nəticəsində Ukrayna gərginliyi aradan qaldırmaq üçün perspektivləri inkişaf etdirə bilər. Biz də bundan istifadə etmək istəyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm