Dünya
Çeçenistan Fransaya qarşı - FOTO
Çeçenistan paytaxtı Qroznının mərkəzində Məhəmməd peyğəmbərin karikaturaları əleyhinə mitinq keçirilib.
Publika.az xəbər verir ki, tədbirə azı yarım milyon insan qatılıb.
İştirakçılar "Məhəmməd peyğəmbərimizdən əl çəkin", "Biz Məhəmməd peyğəmbəri sevirik" şüarları yazılmış plakatlar qaldırıblar.
Mitinqdə Çeçenistan Prezidenti Ramzan Kadırov da iştirak edib. O, öz çıxışında deyib ki, Rusiya müsəlmanlarını təxribata çəkmək niyyətlərinin qarşısı alınacaq.
Çeçenistan paytaxtında keçirilmiş mitinq iştirakçıların kütləvi namaz qılması ilə başa çatıb.
Ötən həftə Kadırov “Şarli Hebdo” jurnalında 1,5 milyard müsəlmanın dini hisslərini təhqir etmək hüququnu dəstəkləyənləri özünə şəxsi düşmən saydığını bəyan etmişdi.
Bundan əvvəl Kadırov YUKOS şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini bütün dünya müsəlmanlarının düşməni adlandırmışdı.
Buna səbəb Parisdə jurnalistlərin qətlə yetirilməsindən sonra Xodorkovskinin jurnalistlərə Məhəmməd peyğəmbərin karikaturasını çəkmək çağırışı olmuşdu.
Qeyd edək ki, şənbə günü "İslam terrorçuluğa qarşı" şüarı altında mitinq İnquşetiyada da keçirilib. Tədbirdə 20 minədək insan iştirak edib.
Bundan əvvəl Rusiyanın Roskomnadzor nəzarətçi idarəsi ölkə mediasına müraciət edərək "dindarların hisslərinə toxuna bilən karikaturalın dərcindən" çəkinməyə çağırıb.
Məhəmməd peyğəmbərə qarşı karikaturaların dərcinə etirazlar son günlərdə Afrika ölkələrini də bürüyüb. Kütləvi aksiyalar Mavritaniya, Əlcəzair, Mali və Seneqalda keçirilib.
Nigeriyada etirazlar zamanı 7 xristian kilsəsi yandırılıb.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq