Dünya
Deputat Quranı təhqir etdi - VİDEO
Belçikalı deputat keçmiş “Flamand Maraqları” partiyasının sədri Filipp Devinter müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi təhqir edib.
ANS PRESS-in məlumatına görə, hadisə Belçika parlamentinin
“Məscilər və radikallaşma” mövzulu plenar iclasında baş verib.
Daxili işlər naziri Yan Janbona sual vermk üçün parlament kürsüsünə
çıxan Devinter əlindəki Quranı havaya qaldırıb və müqəddəs kitab
üçün “bütün pis şeylərin mənbəyi” deyib.
Öldürmək üçün iznin Quranda verildiyini deyən Devinter Belçikanın
məscidləri maliyyələşdirərək xaricdən gələn din xadimlərinə vəzifə
verməməli olduğunu deyib.
Daxili işlər naziri Janbon onun sözlərinə kəskin etiraz edib.
“Bu ölkədə bir çox insanın böyük hörmət göstərdiyi və hətta
müqəddəs saydığı kitabı havaya qaldırıb yellədirsiniz və bütün
cəmiyyəti təhqir edirsiniz”.
Belçikada müsəlmanlar arasında radikal qruplar olduğunu və onlarla
birlikdə mübarizə aparmaq istədiklərini deyən Yan Janbon Devinterin
islam barədə dediklərini qəbul etməyin mümkün olmadığını qeyd
edib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı