• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sərxoş rus hərbçiləri erməni ailələrə hücum etdi

  • Dünya
  • 28 Yanvar 2015 18:12
  • 672 Baxış
Sərxoş rus hərbçiləri erməni ailələrə hücum etdi

Abxaziyanın Suxumi rayonunun Açadara qəsəbəsində sərxoş Rusiya hərbçiləri 8 ailəyə silahlı hücum ediblər.

Publika.az xəbər verir ki, bu barədə “abkhazeti.info” saytı bildirib.

Qumista çayının sahilində yerləşən qəsəbədə əsasən etnik ermənilərin yaşadığı bildirilir. Məlumata görə, rus işğalçıları zirehli avtomobillər və “UAZ” markalı avtomobillərlə qəsəbəyə basqın edib. Rus hərbçilərinin əhalidən pul və qızıl məmulatlarını zorla aldığı bildirilir. Bundan başqa, portağalla dolu yük maşınını da ələ keçirən hərbçilər məhsul xarab olduğundan avtomobili Eşeri körpüsünün yanında atıblar.

Soyğun zamanı qəsəbənin bir neçə sakininə qarşı zor tətbiq etdiyi bildirilir. Onlardan biri - 76 yaşlı Lyusya Köçaryan tibbi məntəqəyə çatdırılıb.

Hazırda Suxumi polisi araşdırmalara başlayıb. Polis əhaliyə söz verib ki, günahkar Rusiya hərbçiləri ilə bağlı informasiya Rusiyanın Müdafiə Nazirliyinə çatdırılacaq və onların cəzalandırılması üçün hər şey ediləcək.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR