Yunanıstanın kredit reytinqi yenidən aşağı salındı
Bizi izləyin

Dünya

Yunanıstanın kredit reytinqi yenidən aşağı salındı

S&P reytinq agentliyi Yunanıstanın kredit reytinqini yenidən aşağı salıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Yunanıstanın reytinqi B/B-dən CCC+/C-yə düşüb. Agentlik ölkə borclarının və başqa maliyyə öhdəlikləri üzrə göstəricilərinin “davamsız” olaraq qaldığını bildirib.

Kredit reytinqi hər hansı bir ölkəyə investisiya yatırmaq istəyənlərə kreditlərin hansı faizlə verilməsini müəyyən edir. Rəsmi rəqəmlər də göstərib ki, ötən il Yunanıstanın kəsiri hökumətin proqnozlarından çox olub.

Bu arada Almaniyanın maliyyə naziri xəbərdarlıq edib ki, Afina ilə kreditorlar arasında borclar üzrə ödənişlərə dair yeni razılaşma tezliklə hazır olmaya bilər.

Yunanıstan öz kreditorları ilə aprelin 24-də Riqada görüşməlidir.

Hazırda Yunanıstanın solçu Syriza hökuməti ölkə borcları üzrə ödənişlərin yüngülləşdirilıməsi üçün Beynəlxalq Valyuta Fondu və avrozona üzrə partnyorları ilə danışıqlar aparır.

750 milyon avro məbləğində növbəti ödəniş mayın 12-də edilməlidir, lakin hökumət bu pulu toparlamaq üçün ciddi çətinliklərlə üzləşir.

S&P bildirir ki, Yunanıstan onu müflislikdən çıxarmaq üçün nəzərdə tutulan 7, 2 milyard avroluq ikinci krediti almasa, vəziyyət daha da ağırlaşa bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm