Krım növbəti qaynar nöqtəyə çevrilir?
Bizi izləyin

Dünya

Krım növbəti qaynar nöqtəyə çevrilir?

İnqilaba bürünmüş paytaxt Kiyevi tərk edən Ukraynanın artıq sabiq prezidentinə çevrilmiş Viktor Yanukoviç özü üçün istehkam saydığı Krıma yollanıb.

İnqilaba bürünmüş paytaxt Kiyevi tərk edən Ukraynanın artıq sabiq prezidentinə çevrilmiş Viktor Yanukoviç özü üçün istehkam saydığı Krıma yollanıb.

Publika.Az –ın BBC-yə istinadən verdiyi məlumata görə, onun Qara dəniz vasitəsilə gəmi ilə Krımdan Rusiya ərazisinə keçəcəyi ehtimalının olduğu bildirilir.

Qeyd olunur ki, əhalisinin əksəriyyətini etnik rusların təşkil etdiyi Krım müxtariyyətinin Ukraynanın növbəti qaynar nəqtəsinə çevriləcəyi ilə bağlı narahatlıqlar var.

“Son günlərdə yarımadada rusiyapərəst siyasətçilərin və təşkilatların təşkil etdiyi yürüşlərdə Rusiyadan yarımadanı Ukraynada baş qaldıran “faşistlərdən” xilas etmək tələb olunub. Belə bir narahatlıq mövcuddur ki, Ukraynada indiki böhran Moskvaya Krımın Rusiyaya qaytarılması iddiasını ciddi əsasda irəli sürməyə zəmin yarada bilər. Rusiyalıların çoxu Krıma öz torpağı kimi baxır və əmindirlər ki, yarımada Ukraynaya tarixi təsadüf nəticəsində nəsib olub. Krım yarmadasını 1954-cü ildə Rusiyadan qoparıb Ukraynaya verən Sovet İttifqının o dövrdəki lideri, etnik ukraynalı olan Nikita Xruşşov olub. Sovet erası başlayanadək Krım Rusiya çarlarının “istirahət zonası” kimi tanınıb”, - BBC-nin əməkdaşı Yaroslav Lukov yazır.

Bununla belə o, hesab edir ki, Krımı birmənalı olaraq moskvapərəst ərazi saymaq da səhv olardı:“Baxmayaraq ki, etnik ruslar yarımadada çoxluq təşkil edir (58.5 faiz), Krımda ukraynalıların (24.4 faiz) və Krım tatarlarının (12.1 faiz) sayı heç də az deyil. Krım tatarları yarmadanın Rusiyanın nəzarətinə keçməsini əleyhinədirlər. Krımın ayrılmasına qarşı olan sonuncu iki qrup, yəni ukraynalılar və Krım tatarları gözlənilmədən müttəfiqlərə çevrilib”.

Y.Lukov bildirir ki, hər ikisinin də Moskvaya etibar etməməsinin öz səbəbi var. Etnik ukraynalıların Kiyevə sadiq olduğunu və ölkənin parçalanmasını istəməyini qeyd edən BBC əməkdaşı tatarların tarixi yaddaşına 1944-cü ilin Stalin deportasiyası kimi həkk olunduğunu bildirir. Ancaq o, korrupsiyanın Krımda yaşayan ruslar, ukraynalılar və tatarlar üçün ümumi problem olduğunu vurğulayıb:

“Milliyətindən asılı olmayaraq müxtəlif peşə sahibləri, sıravi vətəndaşlar ümid edirlər ki, Kiyevdə qalib gəlmiş avrointeqrasiya tərəfdarlarının yaratmaq istədiyi “xalq” höküməti korrupsiyanın kökünü kəsməyə şərait yaradacaq. Digər tərəfdən onlar Aİ-nin korrupsiya ilə mübarizədə kömək göstərəcəyinə ümid edirlər. Və nəhayət, sonuncu amil Ukraynanın hərbi qüdrətidir. Böhranda olsa belə Ukrayna ərazisinə görə Avropanın ikinci böyük dövlətidir və kifayət qədər güclü silahlı qüvvələrə malikdir".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm