Tanınmış türk müğənnisinin meyiti tapıldı - VİDEO
Bizi izləyin

Dünya

Tanınmış türk müğənnisinin meyiti tapıldı - VİDEO

Türkiyənin tanınmış müğənnisi Değer Denizin yaşadığı evdə əlləri bağlanmış meyiti aşkarlanıb.

Hadisə müğənninin İstanbul şəhəri Beyoğlu rayonu Kuloğlu məhəlləsindəki evində baş verib. Bildirilir ki, tək yaşayan 39 yaşlı müğənni evində naməlum şəxs və ya şəxslər tərəfindən çanta qayışı ilə boğulub.

Əsəb gərginliyi keçirən müğənninin qardaşının məlumat verməsi ilə hadisə yerinə polis və məhkəmə tibbi ekspertizası cəlb olunub. Əlləri arxadan bağlanan və boğularaq öldürülən qadın müğənninin bədənində zərbə izlərinə də rast gəlinib.

Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir. Müğənninin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü istintaqın nəticəsində məlum olacaq.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm