Bu şəhərlər Yer üzündən silinəcək - SİYAHI
Bizi izləyin

Dünya

Bu şəhərlər Yer üzündən silinəcək - SİYAHI

ABŞ alimləri 21-ci əsrin sonuna qədər Yer üzündən silinəcək şəhərlərin adlarını açıqlayıb.

Mütəxəssislər ümumilikdə 7 yaşayış mətəqəsinin adını çəkib. Onlar həmin şəhərlərin yaxın 85 il ərzində mövcudluğunu dayandıracağını ehtimal edirlər. Yox olacaq şəhərlər ABŞ-da San-Fransisko, Detroyt, İtaliyada Venesiya, Neapol, Meksikanın paytaxtı Mexiko, Malidə Timbuktu, Rusiyada İvanovo şəhərləridir.

Amerikalı mütəxəssislər araşdırmalar zamanı yaşayış məntəqələrinin infrastrukturunu, sosial xüsusiyyətlərini və coğrafi vəziyyətini təhlil ediblər. Bu təhlillərdən sonra alimlər belə bir qənaətə gəliblər ki, Venesiya tədricən suyun altına doğru gedir. Mexiko isə qurumuş gölün yerində yerləşdiyinə görə yer altında qala bilər.

İvanovo şəhərinin məhv olma səbəbi isə bu şəhərdə güclü cinsin nümayəndələrinin - kişilərin az olmasıdır. Buna görə şəhəri "gəlinlər şəhəri" də adlandırırlar. Kişilərin azlığı buradakı demoqrafik vəziyyətə də təsir edir. Nəticədə doğumların sayı getdikcə azalır. Bundan başqa şəhərdəki gənclər sürətlə İvanovonu tərk edərək daha iri şəhərlərə, asan iş tapa biləcəkləri yerlərə üz tuturlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm