Əsədin hakerləri ABŞ ordusunun saytını sındırdılar
Bizi izləyin

Dünya

Əsədin hakerləri ABŞ ordusunun saytını sındırdılar

ABŞ-ın Quru Qoşunlarının rəsmi saytı sındırılıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə amerikalı general Malkolm Frost bildirib.

Saytın fəaliyyəti müvəqqəti dayandırılıb. Haker hücumuna görə məsuliyyəti “Suriya elektron ordusu” öz üzərinə götürüb. Haker qrupu daha əvvəllər Amerika KİV-lərinin saytlarını sındırıb.

Hakerlər “Tvitter” səhifələrində saytdan götürülən xəbərlərin ekran görüntülərini yayıblar. Xəbərlər Suriya müxalifətinin Amerika hərbçiləri tərəfindən hərbi təlimlərə cəlb edilməsi ilə bağlıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm