Gözəllik
Gümüş bəzək əşyalarını necə parlatmaq olar? - - FOTOLAR
Dəbdən düşməyən bəzək əşyalarından olan gümüşlərin problemlərindən biri onların qaralmasıdır.
Gümüşlərinizin aldığınız gündəki kimi parıltısına qovuşmasını təmin etmək isə düşündüyünüz qədər çətin deyil. Gümüşlərinizi parlatmağın 4 asan yolu.
Qabartma tozu ilə parlatmaq. Birinci üsul
Qabartma tozunu metal səthdə istifadə edilməsinə çox diqqət edilməlidir. Qabartma tozu bir miqdar su içinə qatılaraq xəmir qatılığına gətirilir.
Yumuşaq və nəmli bez və ya süngər vasitəsilə gümüşün üzərinə sürtülür. Çox qaralmış hissələrin üzərində az bir müddət xəmir saxlanılır. Sonra gümüş su ilə yaxşı yuyularaq qurulanır.
İkinci üsul
Gümüş boyunbağı, alüminium bir qab ya da parlaq səthi çölə baxacaq şəkildə alüminium örtülmüş bir qab içinə qoyulur.
Qabartma tozu səpilərək üzəri bağlanır.
Qab içərisinə bir miqdar qaynar su əlavə edilir.
Boyunbağının yüngül kir və ləkə olan hissəsi 30 saniyə, ən çox
bir dəqiqə qarışığın içində saxlanılır. Boyunbağı qabdan
götürüldükdən sonra su ilə yuyulur, durulanır.
. Diş məcunu ilə parlatmaq.
Boyunbağı kifayət qədər diş pastası ilə ovulur
İsti su əlavə olunaraq boyunbağı üzərindəki məcun köpürtülür. Yumşaq bir diş fırçası ilə diş pastası boyunbağının bütün səthlərinə yayılır.
İlıq su ilə heç bir qalıq buraxılmadan yaxşıca sürtülüb, aralarda qalıq qalmadan təmizləndikdən sonra kağız dəsmal üzərində qurumağa qoyulur. Yumşaq bir bezlə boyunbağı parladılır.
Ağ sirkə ilə parlatmaq.
Yarım fincan ağ sirkə ilə 2 yemək qaşığı qabartma tozu, kiçik bir qaba tökülür və yaxşıca qarışdırılır.
Qarışımdakı qaynama söndükdən sonra boyunbağı içinə atılır. 2-3 saat saxladıqdan sonra soyuq suyun altında durulanır. Daha sonra yumşaq və nəmli bir bezlə qurulanır.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO