Hadisə
Azərbaycanda atası tərəfindən 8 il zəncirdə saxlanılan qızın başına gələnlər - (YENİLƏNİB) - VİDEO
Atası tərəfindən 8 il mal axırında zəncirdə saxlanılan qızın kədərli həyat tarixçəsi barədə yeni təfərrüatlar üzə çıxıb.
“Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, qızın bir bacısı da varmış.
“Analarının ölümündən sonrqa ata iki qızını mal tövləsində saxlayıb. Onlardan birinin ürəyi dayanıb. Pərvanə bir neçə gün meyitlə birlikdə təklikdə qalıb. Onu ordan çıxarmaq heç kiminn ağlına gəlməyib. Bu fakt barəsində bizə reportaj hazırlamış bir jurnalist xəbər verib”,- deyə Mehriban Zeynalova bildirib. Bu fakt rəsmən təsdiq olunmayıb.
Onun sözlərinə görə, baş verənlərə görə yalnız ata deyil, bu hadisə barədə bilən hər kəs və müvafiq strukturlar da məsuliyyət daşılyırlar.
“Mən hadisənin necə baş verdiyini bilmirəm və heç kimi günahlandırmaq istəmirəm Lakin ola bilməz ki, heç kim o qız barədə heç nə bilməsin. Sahə müvəkkili, məktəb, qohumlar. Hələ ki, bu dəhşətli hadisə ilə bağlı istintaq başa çatmasada, onu deyə bilərəm ki, böyük faciədir”,- deyə M.Zeynalova qeyd edib.
DİN-in mətbuat katibi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, əgər bu informasiya təsdiqini tapsa, qızların atası məsuliyyətə cəlb olunacaq.
“İnsanın azadlığını əlindən almaq olmaz. Bu, cinayətdir, lakin bunu hələ ki, sübut etmək lazımdır”,- deyə DİN sözçüsü bildirib. (bizimyol.info)
***
03.10.2016
Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.
Qaynarinfo.Az xəbər verir ki, ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zəncirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə Xəzər televiziyasında yayımlanan "Bizə danış" adlı verilişdə ictimaiyyətə açıqlanıb.
Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.
Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq.
-
MDB23:12Tokayev Trampı səfərə dəvət etdi
-
Hadisə22:48“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı / VİDEO
-
Nida Xəbər 22:24“Çox yaxşı xatırlayıram, 13-14 yaşım var idi”
-
İdman22:12Amorim “Yunayted”in əfsanələrini qınadı: Çox danışırdılar, amma…
-
Magazin122:00"İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun" - Könül Kərimova
-
Magazin121:12“Oskar” mükafatı alan məşhur prodüser 77 yaşında vəfat etdi
-
Hadisə19:48Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - VİDEO
-
İdman19:24Rus futbolçu “Beşiktaş”a niyə getməyib? - Agenti səbəbini açıqladı
















.jpg)















