Hadisə
Kanalizasiyaya düşən şəxs və onu xilas etmək istəyən FHN əməkdaşı öldü: 4 yaralı - YENİLƏNDİ
Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusunda xilasetmə zamanı zəhərlənən 4 nəfər Bakıya gətirilir.
Bu barədə Publika.az-a Sumqayıt Şəhər Təcili
Tibbi Yardım Xəstəxanasından məlumat verilib. Xəstəxanadan
bildirilib ki, Bakıdan çağrılan həkimlər onları müayinə edib və
xəstələrin Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə
yerləşdiriləcək.
***
Sumqayıtda baş vermiş hadisə zamanı zəhərlənən şəxslərin
adları məlum olub.
Onlar – 1988-ci il təvəllüdlü Əhmədov Namiq Zahid oğlu, 1993-cü il
təvəllüdlü Məmmədov Natiq Namiq oğlu, Əliyev Ayaz Niyazi oğlu və
Bağırov Zahid Maqsud oğludur. N. Əhmədov və N. Məmmədovun vəziyyəti
ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir.
(apa)
***
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş vermiş hadisə ilə bağlı məklumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 18-də saat 14:16-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərindəki 76-cı məhəllədə kanalizasiya quyusuna bir nəfərin düşməsi haqqında məlumat daxil olub. FHN Sumqayıt Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Quyuya düşmüş vətəndaşın meyiti xilasedicilər tərəfindən çıxarılıb, lakin baş vermiş bədbəxt hadisə nəticəsində əməkdaşlardan bir nəfəri həlak olub, üç nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
***
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Publika.az-a verilən məlumata görə, zəhərlənən şəxslər reanimasiya şöbəsinə yerləşdirilib.
“4 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Tənəffüs yolları təmizlənib, sistem qoşulub. Yaralananların şəxsiyyəti dəqiq müəyyən edilməyib. Onların vəziyyəti orta ağır və ağır dəyərləndirilir”.
***
Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb və ölüb. Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.
Quyuya düşən şəxs ölüb. Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.
Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Sumqayıt şəhər Səhiyyə İdarəsindən verilən məlumata görə, zəhərlənən şəxslərə tibbi yardım göstərilir.
Onlardan ikisinin vəziyyəti ağırdır.
Gülxar
-
Nəqliyyat22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto
-
ABŞ22:18ABŞ onu axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
-
Magazin120:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video
-
Nəqliyyat20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir


















.jpg)















.png)



