Hadisə
Ağsu aşırımı niyə bu qədər çox sürüşür? - Səbəb açıqlandı
"Ağsu aşırımı sürüşməyə meyilli sahədir, lakin bu yol layihələndirilərkən bəzi məqamlar nəzərə alınsaydı, belə çətinliklər yaşanmazdı".
Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Ağsu aşırımındakı hazırkı durumdan danışarkən deyib.
O, Bakı-Şamaxı yolunun 106-111-ci və Bakı-Ağsu yolunun 132-156-cı kilometrliklərinin qədim sürüşmə əraziləri olduğunu deyib:
“Bu yolda hər ay uçqun, axıntı və oturma tipli hadisələr baş verir. Atmosfer çöküntülərinin bu ay normadan çox olması sürüşmə sahələrini aktivləşdirib. Amma bu aşırımda vəziyyətin çox dəhşətli olduğu mənasını gəlmir. Şamaxı rayonu da daxil olmaqla həmin ərazidə sürüşmə sahələri çoxdur. Həmçinin yolda həddən artıq tektonik pozuntular var. Torpaq qatı, yayılmış çöküntülər bir az yağıntı olan kimi tez doyur. Laylar arasında əlaqə itir, ona görə də sürüşmə aktivləşirır.
Yolun 106-cı kilometrliyində - Acıdərə deyilən ərazidə hər ay çöküntü olur. Həmin ərazidə istinad divarı tikilsə də, çöküntü yola tökülür. Yol işçiləri tərəfindən həmin anda çöküntü daşınır, yalnız bir neçə saat yolda hərəkətdə ləngimə olur. Lakin bu çökmələr avtomobillərin hərəkətinə məhdudiyyət yaradacaq səviyyədə deyil”.
İllərdir Ağsu aşırımında oxşar vəziyyətin davam etməsi və bu problemin aradan qaldırılma üsulu barədə suala aydınlıq gətirən Ə.Qaralov bildirib ki, bunun üçün yollar çəkilməmişdən əvvəl onun geoloji vəziyyət araşdırılmalıdır: “Bu zaman yolun layihəsi qırılmalar, sürüşməyə meyilli ərazilər nəzərə alınaraq hazırlanmalıdır. Nəticədə, yol çəkilməmişdən əvvəl bu səbəblərdən yarana biləcək problemin qarşısı alınır. Həmin yolla bağlı araşdırmanı aparanlar geoloji işlərin necə aparılması ilə bağlı məsələyə daha yaxşı aydınlıq gətirə bilər. Lakin qayda budur ki, yolun çökməməsi üçün istifadə edilən hər bir detal incələnməlidir. Dünya təcrübəsində yollarda bu cür aşırımların ətrafında terraslar düzəldirlər, müəyyən tor örtüklər çəkirlər. Ümumiyyətlə, sürüşmə ərazisində çəkilən yolda uçqun və digər halların qarşısını almaq üçün texnologiyalar var.
Prezident İlham Əliyev tərəfindən sərəncamına əsasən artıq
sürüşməyə meyilli ərazilərdə fərdi yaşayış evləri, dövlət
əhəmiyyətli işlər görülərsə, mütləq Fövqəladə Hallar və Ekologiya
və Təbii Sərvətlər Nazirliklərinin xüsusi arayışı olmalıdır.
Layihələndirmə həmin arayış əsasında olmalıdır ki, bu cür fəsadlar
baş verməsin”.
Gülxar
-
Rəsmi xronika19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...




























.jpg)










.jpg)
