Nida Xəbər
İşəgötürənlərə yeni məhdudiyyət: İşçilərin hüquqları qorunacaq
Hüquqi şəxsin ləğvi zamanı müvafiq elektron informasiya sistemində işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi haqqında dəyişikliklər qəbul edilib.
Publika.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki, Vergi Məcəllələrində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, hüquqi şəxs ləğv edildiyi üçün həmin hüquqi şəxsin adından elektron informasiya sistemində əməliyyatların aparılması mümkün olmur. Eyni hal fiziki şəxs olan işəgötürən vergi uçotundan çıxarıldığı hallarda da baş verir. Beləliklə:
- hüquqi şəxslərin (o cümlədən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsi, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs) ləğvi və vergi uçotundan çıxarılması yalnız onların işçiləri ilə əmək müqaviləsinə xitam verildikdə mümkün hesab ediləcək;
- fiziki şəxs olan vergi ödəyicisinin vergi uçotundan çıxarılması da yalnız işçiləri ilə əmək müqaviləsinə xitam verildikdən sonra mümkün hesab ediləcək.
Qanun qüvvəyə minənədək qeyd olunan subyektlərlə (fiziki şəxs olan işəgötürənlər istisna olmaqla) işçi arasında elektron informasiya sistemində xitam verilməmiş əmək müqaviləsi işçinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən baxılaraq qüvvədən düşmüş hesab ediləcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi
-
Cənubi Qafqaz10:24Paşinyanın Putinlə görüşündən öncə Melkinov İrəvana gəldi - Nələr müzakirə edilir?
-
Sosial10:00Fira Cəlilovanın evində tutulan şəxsin - FOTOSU
-
Nida Təhlil 09:36DMX Rusiya vətəndaşlarına çağırış etdi
-
MDB09:24Sankt-Peterburq səhəri dron həyəcanı ilə açdı - Partlayışlar var
-
Dəb07:47Qışın ən dəbli saç rəngi açıqlandı















.jpg)






.png)












