Hadisə
Rusiya Telman İsmayılovla bağlı qərar VERDİ
Rusiyanın İstintaq Komitəsi azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılova qarşı qiyabi olaraq qətl törətmək ittihamı irəli sürülüb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda idarənin saytında bildirilir.
Komitə Telman İsmayılovun qətl törətməkdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi haqqında qərar çıxarıb.
“İstintaqın məlumatına görə, Telman İsmayılov keçən il öldürülmüş iki sahibkar - Vladimir Savkin və Yuri Brılevin qətlinin təşkilatçısıdır. O, cinayətin törədilməsi planını öz qardaşları - Rafiq və Vaqif İsmayılovla birgə hazırlayıb. Mehman Kərimov cinayətin icraçısı kimi çıxış edib”, - xəbərdə deyilir.
Qeyd edilir ki, İsmayılovun beynəlxalq axtarış elanı üçün materiallar Rusiya Baş Prokurorluğuna göndərilib.
Xatırladaq ki, Moskvanın Basman rayon məhkəməsi noyabrın 11-də iki qətlin təşkili və silahın qanunsuz dövriyyəsində ittiham olunan Telman İsmayılovun qiyabi həbsi barədə qərar verib və "İnterpol" xətti ilə beynəlxalq axtarışı elan edilib.
Müstəntiqlər əmindirlər ki, İsmayılov Moskvada öz ailəsinin imperiyasını genişləndirmək üçün ən azı səkkiz insanın qətlini sifariş verib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Biznesmenin özü isə qətllərin təşkili ilə əlaqəsinin olmadığını bildirib. O, ötən ay siyasi sığınacaq almaq xahişi ilə Fransa hakimiyyətinə müraciət edib. Qeyd edilir ki, biznesmen Provansda məskən salmağı planlaşdırır. İsmayılov daha əvvəl Türkiyədə yaşayırdı.
Məlumata görə, İsmayılov fransız xüsusi xidmət orqanları ilə söhbət zamanı onda Rusiyanın bütün güc strukturlarının rəhbərləri ilə bağlı kompramantların olduğunu bildirib. Sığınacaq barədə müraciətin müsbət cavablandırılacağı halda, o, bütün informasiyaları Fransaya verəcəyini deyib.
Ömər Dağlı
-
Hadisə22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir




































.jpg)
.jpg)
