Hadisə
Bakıda iki fərdi yaşayış evinin damı çökdü
İki gündür yağan intensiv yağış Bakıda iki evin damının çökməsinə səbəb olub.
APA-nın məlumatına görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsindəki 102 və 102A ünvanlı fərdi yaşayış evlərində qeydə alınıb.
Həmin mənzillərdə və eləcə də ətraf tikililərdə əsasən Zəngilanrayonundan olan məcburi köçkün ailələri məskunlaşıb. Damı çökən bir-birinə bitişik mənzillərdə bu rayondan olan iki ailə yerləşib. Burada evlər terras bənzər şəkildə tikildiyindən, yuxarıdakı evlərin həyətində çatlar yaranıb. Ev sahibi Akif Qurbanovun sözlərinə görə, yağış suları tədricən torpaq qatını yuyub və nəticədə ağırlıq günorta saatlarında bu iki evin damının içəriyə doğru çökməsinə səbəb olub.
Evlərdə yaşayış təhlükəli hesab edildiyindən ətrafda FHN-in əməkdaşları tərəfindən xüsusi lent çəkilib. Ərazidə əvvəllər buna bənzər hal yaşanmasa da, bundan sonra da sürüşmə faktının qeydə alınmayacağı istisna edilməyib. Baş vermiş hadisə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qeydə alınıb və evləri çökən hər iki ailə nəzarətə götürülüb.
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi