“Real” – “Bavariya” finalı olacaq - VİDEO
Bizi izləyin

İdman

“Real” – “Bavariya” finalı olacaq - VİDEO

Münhendə təşkil edilən sayca 3-cü "Audi" kubokunda ikinci finalçının da adına aydınlıq gəlib.

Publika.az xəbər verir ki, meydan sahibi "Bavariya" "Milan"ı qəbul edib.

İlk hissədən sonra Bernatın qoluyla 1:0 irəlidə olan münhenlilər fasilədən sonra daha iki qol vuraraq, "Rossonyerlər"i böyük hesablı məğlubiyyətə uğradıblar.

Bununla da, Münhen təmsilçisi vətəndə təşkil edilən "Audi" kubokunun finalına vəsiqə qazanıb. Almanlar finalda "Real"la qarşılaşacaq. İspanlar finala "Tottenhem"i 2:0 hesabıyla məğlub edərək vəsiqə qazanıblar.

"Audi" kuboku, yarımfinal

4 avqust

Bavariya (Almaniya) - Milan (İtaliya) 3:0

Bernat, 23. Qetse, 74. Levandovski, 85.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm