"Qalatasaray"ın prezidentindən aslan-qoyun müqayisəsi
Bizi izləyin

İdman

"Qalatasaray"ın prezidentindən aslan-qoyun müqayisəsi

"Qalatasaray"ın prezidentindən aslan-qoyun müqayisəsi

Çempionlar Liqasında və Super Liqada uğursuz nəticələr alan "Qalatasaray"ın futbolçu və məşqçi heyətinə rəhbərlikdən dəstək gəlib. Publika.az xəbər verir ki, ötən gün prezident Ünal Aysal və İdarə Heyətinin üzvləri komandanın məşqinə baş çəkib.

Hazırlıq prosesini izləyən rəsmilər bu yolla komandaya dəstək olub. Daha sonra isə prezident çıxış edərək futbolçuları ruhlandırıb: "Biz bir sizdən nəyisə tələb etməyə yox, 25 milyon azarkeşin sizə olan etimadını çatdırmaq üçün gəlmişik. Son zamanlar haqqımızda edilən çıxışlar məni, baş məşqçimizi və sizi tənqid etmək deyil. Əsl hədəf bizi içəridən qarışdırmaqdı. Böyük camiələr böyüklüklərini çətin günlərdə göstərər. Hamımız eyni gəmidəyik, çətin günləri birlikdə keçəcəyik. Oyunda uduza bilərsiniz, amma cəsarətinizi əsla itirməyin. Mən burda aslanlar görürəm. Qoyunlara yol verməyin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm