Azərbaycan klubunun futbolçuları zəhərləndi - RƏSMİ
Bizi izləyin

İdman

Azərbaycan klubunun futbolçuları zəhərləndi - RƏSMİ

Müalicələri sona çatan futbolçular evə buraxılıb.

Birinci divizion təmsilçisi “Turan Tovuz”un futbolçuları zəhərlənib.

Publika.az xəbər verir ki, bu barədə Tovuz klubunun rəsmi “facebook” səhifəsi məlumat yayıb. Məlumatda dünən gecə əsas komandanın bəzi üzvlərinin qida zəhərlənməsi səbəbindən Tovuz Rayon Təcili Tibbi Yardım Şöbəsinə qəbul olunduğu, müalicələri sona çatan futbolçuların evə buraxıldığı qeyd edilib.

Məlumatda həmçinin hazırda bir neçə futbolçunun müalicəsinin Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsində davam etdirildiyi vurğulanıb. Hazırda birinci divizionun liderinin daha bir futbolçusu Eltay Tağıyevin təcili olaraq eyni diaqnozla qeyd olunan şöbəyə çatdırıldığı qeyd edilib.

Futbolçuların oyun saatına kimi tam sağalması sual altında olduğundan, “Turan Tovuz” həm PFL həm də "Səbail" klubundan oyunun vaxtının 2 gün sonraya, yəni martın 11-nə dəyişdirilməsini xahiş edib. Lakin həm PFL-dən, həm də "Səbail" klubundan Tovuz təmsilçisinə oyunun "CBC Sport" vasitəsi ilə canlı yayımlanması nəzərdə tutulduğundan, başqa vaxta keçirilməsinin mümkünsüz olduğu bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm