İdman
AL: "Zirə" və "İnter" mübarizəni dayandırdı, "Qəbələ" üzümüzü güldürdü - (YENİLƏNDİ)
Bu gün Azərbaycan klubları Avropa Liqasının II təsnifat mərhələsində cavab oyunlarına çıxıb. 3 komandamızdan yalnız biri mərhələ adlamağa müvəffəq olub.
"Zirə" "Astra" səddini keçə bilməyib. İlk görüşdə "Astra" 3:1 hesabı ilə qalib gəldiyindən, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv ya 2 cavabsız qolla, qapısında qol görəcəyi təqdirdə isə ən azı 3 top fərqi ilə qələbə qazanmalı idi. Ancaq matç qolsuz başa çatdı. Hər halda, debüt ilində sərgilədiyi futbolla alqış qazanan "Zirə" üçün bir mərhələ keçmək də pis nəticə deyil.
Ölkənin ilk görüşdən qalib ayrılan yeganə təmsilçisi Bakı "İnter"i Lüksemburqda "Fola Eş"in qonağı oldu. Zaur Svanadzenin baş məşqçi olduğu komanda səfərdə böyük hesablı məğlubiyyıtdən qaça bilmədi.
Nəhayət, "Qəbələ" Polşada "Yagelloniya" ilə üz-üzə gəldi. İlk oyunda Bakıda 1:1 hesablı heç-heçə qeydə alındığından, "qırmızı-qaralar" səfərdə ən azı minimal hesabla qalib gəlməli və ya daha çox qol vurmaqla heç-heçəyə nail olmalı idi. Roman Qriqorçukun yetirmələri lazımi nəticəni artıqlaması ilə əldə etdi. Avroliqanın III təsnifat mərhələsində "Qəbələ"ni Yunanıstan "Panatinaikos"u gözləyir.
Avropa Liqası, II təsnifat mərhələsi
Cavab görüşləri
21:00. "Zirə" (Azərbaycan) - "Astra" (Curcu, Rumıniya) 0:0
Baş hakim: Georgi Vadaçkoriya
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Georgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı, "Dalğa Arena"
İlk oyun - 1:3
21:30. "Fola Eş" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan) 4:1
Hadji, 21. Saiti, 32, Laterza, 59. Sakras, 90+4 - Azad-Fərzad, 70.
Baş hakim: Donatas Rumsas
Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Gerasimov
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş sür-alzett, "Emil Mayriş" stadionu
İlk oyun - 0:1
23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) 0:2
İ. Qurbanov, 18. Ozobiç, 88.
Baş hakim: Konstantin Sebastian Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok, "Miejski" stadionu
İlk oyun - 1:1.
-
Magazin203:43Emili Ratajkovski mini libasda “zamanda səyahət” etdi - FOTO
-
Hadisə00:15Ağdamda traktor minaya düşdü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevdiyiniz insanı xoş sürprizlə sevindirə bilərsiniz
-
Magazin25 Sentyabr 23:24Ərdoğanın nəvəsi səsi ilə hamını heyran etdi - VİDEO
-
Magazin25 Sentyabr 23:0045 yaşlı ulduz üçüncü dəfə ana oldu - “Bunu necə bir möcüzə olduğunu bilirəm”
-
Dünya5 Sentyabr 22:24Kinşasada toyda faciə - 22 nəfər həlak oldu
-
Magazin25 Sentyabr 21:24Ədəbsiz görüntülərini pulla satan məşhur müğəni saxlanıldı - FOTO
-
Region5 Sentyabr 20:00Məşhur türk aktyor evində ölü tapıldı - FOTO




















.png)














