Danimarkalı idmançı: "Azərbaycanı çox bəyəndim"
Bizi izləyin

İdman

Danimarkalı idmançı: "Azərbaycanı çox bəyəndim"

"Birinci dəfədir ki, Azərbaycanda yarışmada iştirak edirəm və yarışmanın təşkilatçılıq səviyyəsindən çox razıyam".

Publika.az xəbər verir ki, bunu Trend-ə Bakıda keçirilən Atıcılıq üzrə Avropa Çepmionatının Danimarkadan olan işirakçısı Meydi Peydeson deyib.

Danimarkalı iştirakçı bildirib ki, yarışın keçirildiyi Bakı Atıcılıq Mərkəzi hər cür imkanlara malikdir, beynəlxalq standartlara tam cavab verir.

Azərbaycanda birinci dəfə olduğunu deyən danimarkalı idmançı ölkəmizi çox bəyəndiyini bildirib:

"Bakı izdihamlı, gözəl şəhərdir. Hələ ki, şəhəri çox gəzmək imkanımız olmayıb, ancaq ümid edirəm ki, Bakının gözəlliyi ilə daha yaxından tanış olmaq imkanımız olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm