Ümidləri doğrultmadı – Vəzifəsindən uzaqlaşdırılır
Bizi izləyin

İdman

Ümidləri doğrultmadı – Vəzifəsindən uzaqlaşdırılır

Ümidləri doğrultmadı – Vəzifəsindən uzaqlaşdırılır

"Milan" baş məşqçi Klarens Zeedorfla yollarını ayırmağa qərar verib.

Publika.az xəbər verir ki, bu barədə “goal.com” məlumat yayıb. İtaliya təmsilçisini yeni mövsümdən Flippo İnzaqinin çalışdıracağı deyilir.

O, hazırda “Milan”ın gənclər komandasına rəhbərlik edir. Zeedorf böyük ümidlərlə komandaya gətirilmişdi. Ancaq o, “Milan”ı Avropa Liqasına çıxarda bilmədi.

İddialara görə, ötən gün direktorlar şurasının iclası keçirilib və qərara alınıb ki, yeni baş məşqçi İnzaqi olsun.

Qeyd edək ki, bu posta "Zenit"də işləmiş Luçano Spalletti və "Sevilya"nın çalışdırıcısı Unay Emerinin də gələcəyi iddia edilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm