İdman
Qurban Qurbanovdan “bəy tərifi”
"Rəqibimiz ötən mövsümün sonundan etibarən heyətində xeyli dəyişiklər edib. Yaxşı oyunçular cəlb ediblər komandaya, yerli və gənc məşqçi vəzifəyə gəlib".
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Maltanın "Valletta" klubunu sınağa çəkəcək. Qurbanov oyundan əvvəl rəqiblə bağlı fikirlərini bildirib:
"Klubun prezidenti özü açıqlama verib ki, daha yaxşı komanda təşkil etmək istəyir. Gördüyü işlər, elədikləri transferlər də bu istəyi əks etdirir. Yeni transfer olunan oyunçular, Malta milli komandasından, Avstraliyadan, Portuqaliyadan, Yunanıstan liqasından transfer olunan futbolçulardı. Hər biri keyfiyyətli oyunçulardı.
Ötən mövsüm Avropa Liqasında yaxşı təcrübə qazanmış bir komandadı. Kimlərsə fikirləşə bilər ki, bizim üçün asan rəqibdi. Fikrimcə, bu səhv fikirdi. Çünki, rəqibimizin çox təcrübəli, nəticəyə oynaya biləcək futbolçuları çoxdu.
Xüsusi ilə orta xətti vurğulamaq istəyirəm. Ayrıca, baş məşqçilərinin də yeni olmasını nəzərə alıb, ilk dəqiqələrdən rəqibin oyun üslubunu çözməyə və qapımızı toxunulmaz saxlamağa çalışacağıq. Və ardınca da çalışacağıq ki, oyuna nəzarəti ələ alaq".
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR