“İnter”də çevriliş - Cahangir Hacıyev yerliləri qovdu
Bizi izləyin

İdman

“İnter”də çevriliş - Cahangir Hacıyev yerliləri qovdu

“İnter”də kadr dəyişikliyi baş verib. Əslində bunu kadr dəyişikliyi yox, inqilab da adlandırmaq olar. Əcnəbilər komandadakı yerliləri devirib.

Publika.az xəbər verir ki, “İnter”in direktoru Natiq Məmmədov, menecer Sərxan Həsənov və Fərəc Əliyev işdən uzaqlaşdırılıb. Onların yerinə əcnəbilərin gətiriləcəyi bildirilir.

“İnter”də dəyişiklik olacağı gözlənilirdi. Komandanın baş məşqçisi Kaxaber Tsxadadze ilə direktor Natiq Məmmədovun münasibətləri həmişə gərgin olub. Tsxadadze 2 dəfə klubdan getmək istədiyini bildirib. Ancaq onu inadından “İnter”in bolqar prezidenti Georgi Nikolov daşındırıb.

Gürcü mütəxəssis sonuncu dəfə “küsəndə” “ya mən, ya da Məmmədov” tələbini irəli sürmüşdü. Həmin vaxt Nikolov onu inandırmışdı ki, klubun sahibi Cahangir Hacıyevlə danışıb məsələni həll edəcək. Nikolov Beynəlxalq Bankın prezidenti ilə danışıb və Hacıyev də azərbaycanlıları əcnəbilərə qurban verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm