İdman
Kosovanın Olimpiya Oyunlarında iştirakına icazə verildi
Kosovo komandası Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tam üzvü olduqdan sonra 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarında mübarizə aparacaq.
Publika.az xəbər verir ki, ötən gün Monte Karloda keçirilmiş BOK iclasında Kosova, 205-ci milli Olimpiya komitəsi kimi təsdiqlənib. Bu münasibətlə baş nazir Haşim Thaci Kosovanı və bütün idmançıları təbrik edib.
"Bayrağımız Rioda keçiriləcək Olimpiya Oyunlarında dalğalanacaq və onu Majlinda daşıyacaq", baş nazir əlavə rdib.
Qeyd edək ki, Majlinda Kelmandi Londonda çıxış etmiş yeganə kosovalı idmançı olub. O, cüdo yarışlarında Albaniyanı təmsil edib.
Kosovo 2008-ci ildə Serbiyadan ayrılsa da, Serbiya hələ də Kosovonu dövlət kimi tanımır.
Serbiya Olimpiya komitəsi Kosovonun oktyabr ayında Beynəlxalq Olimpiya Komitəsində müvəqqəti tanınmasına da etiraz etmişdi.
Kosovo BMT üzvü olan 193 dövlətdən 108-i tərəfindən ölkə kimi tanınır və altı Olimpiya idmanı federasiyasının tam üzvüdür.
BOK Kosovo məsələsini beş il bundan əvvəl nəzərdən keçirməyə başlayıb. Lakin komandanın 2012-ci il Londonda keçirilmiş Olimpiya Oyunlarında iştirak üçün sorğusu rədd edilmişdi.
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi