Hesabat verildi- Qurumun xərcləri isə 19 milyon 811 min 919 manat təşkil edir
Bizi izləyin

İdman

Hesabat verildi- Qurumun xərcləri isə 19 milyon 811 min 919 manat təşkil edir

Hesabat verildi- Qurumun xərcləri isə 19 milyon 811 min 919 manat təşkil edir

AFFA-nın növbəti Hesabat Konfransı keçirilib. Konfransda AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın I vitse-prezidenti Şenes Erzik, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və futbol ictimaiyyəti iştirak edib.

Konfransı giriş sözü ilə açan federasiya prezidenti Rövnəq Abdullayev ötən ilin Azərbaycan futbolu üçün uğurlu olduğunu bildirib. R.Abdullayev Azərbaycan futbolunda həyata keçirilən layihələrdən danışıb, ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan söz açıb.

Sonra millimizin oyunlarından hazırlanmış videoçarxa baxılıb.

AFFA-nın baş katibi Elxan Məmmədov hesabat xarakterli çıxışında uşaq və qadın futbolunun inkişafından danışıb. Məktəblərdə futbol dərslərinin təşkil olduğunu bildirib. O, milli komandamızın və klublarımızın uğurlarından söhbət açıb.

Daha sonra daha geniş hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Qurumun Maliyyə və Mühasibat Departamentinin rəisi Əli Cavadov 2013-cü ilin maliyyə hesabatını təqdim edib. Məlum olub ki, AFFA-nın gəliri 29 milyon 510 min 884 manat, xərcləri isə 19 milyon 811 min 919 manat xərc təşkil edib. 2014-cü ildə 19 milyon 700 min manat xərc planlaşdırılır.

Bakı şəhər Auditorlar Təşkilatının nümayəndəsi Babək Məmmədovdan hesabat çıxışı dinlənilib.

Növbəti videoçarxda "İrqçiliyə yox" şüarı əksini tapıb.

UEFA-nın I vitse-prezidenti Şenes Erzik konfransdakı çıxışında Azərbaycanda olduğuna sevindiyini qeyd edib.

O, müstəqillik əldə etdikdən sonra Azərbaycan futbolunun inkişafından danışıb, 1992-ci ildən indiki dövrə qədər Azərbaycan və Türkiyənin futbolunda baş verənlər barədə xatirələrindən söz açıb.

Elxan Məmmədov Avropa Çempionatı-2020-yə ev sahibliyi etmək üçün aprelin 24-də sənədlərin UEFA-ya təqdim ediləcəyini, ölkəmizdə keçiriləcək yoxlamalardan sonra sentyabrda qərar qəbul olunacağını deyib. Bununla bağlı da hazırlanmış videoçarx nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm