İKT
Mirşahinin telekanalına lisenziya verildi
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
MTRŞ-dan Publika.az-a verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
Qeyd edək ki, bir müddət əvvəl ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayevin yeni telekanal açacağı ilə bağlı məlumat yayılıb. Məlumata görə, Mirşahin Ağayevin başçılıq edəcəyi kanal "Real TV" adlanacaq. Kanalda ANS-in bir çox tanınmış siması fəaliyyət göstərəcək. "Real TV" xəbəryönümlü kanal olacaq.
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ






















.png)
















